Populyar mesajlaşma platforması olan “Vatsap” yeni qadağa tətbiq edəcək.
Publika.az xəbər verir ki, yenilikdən sonra istifadəçilər söhbət pəncərəsinin ekran görüntüsünü çəkə bilməyəcək.
Bu iddia “Feysbuk”un tərkibində olan şirkətə yaxın qaynaqlardan əldə edilən məlumata əsasən dərc olunub. Şirkət bu addımı şəxsi bilgilərin təhlükəsizliyini qorumaq üçün atır. Yenilik barmaq izi ilə açılan “Vatsap” versiyasında istifadəyə veriləcək.
Yeni özəlliklərin nə zaman istifadəyə veriləcəyi məsələsi ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.