Vəkil Sumqayıt şəhər sakininə saxta sənəd satıb

608

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi adından saxta qərar hazırlayan şəxs barəsində cinayət işi başlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2011-ci ilin fevral ayında Bakı şəhər sakini Həsən Məmmədov özünü vəkil kimi təqdim edərək Sumqayıt şəhər sakini Rizvan Cümşüdovdan 1000 manat alaraq Konstitusiya Məhkəməsinin adından ona saxta qərar verib.  Faktla əlaqədar aprelin 11-də cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər