Vəkilin avtomobilinə oğru girdi: pulu, mobil telefonu götürmədi (FOTOLAR)

1119
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Asif Abdullayevin avtomobilində oğurluq olub.
A.Abdullayev bu barədə facebook səhifəsində məlumat yayıb.
O deyib: “Dünən qəribə hadisə ilə rastlaşmışam. Naməlum şəxs avtomobilimin şüşəsini qıraraq avtomobilimə daxil olub, amma heç nə götürməyib.
Salonda ümumilikdə (benzin almaq üçün avtomobildə saxladığım) 84 manat və Gürcüstan gəzintimizdən qalan 45 lari pul, mobil telefon, bahalı eynək, ətir və bir sıra digər şəxsi əşyalarım var idi.
Hadisədən sonra avtomobilin salonunda əşyalar dağınıq halda idi. Bəzi sənədlər iki hissəyə parçalanmışdır.
Avtomobilimin park edildiyi ərazidə təxminən 15-20 avtomobil olub və bəlkə də həmin avtomobillər arasında ən ucuz avtomobillərdən biri də mənimkidir. Salonda da heç bir cəlbedici əşya olmayıb. Buna baxmayaraq, naməlum şəxs yalnız mənim avtomobilimə daxil olub.
Qeyd edim ki, oxşar hadisə bir müddət öncə də baş vermişdir. Avtomobilimin bir güzgüsü zərbə nəticəsində sındırılaraq yararsız hala salınmış, digəri isə hadisə yerində ümumiyyətlə yox idi.
O vaxt 102 xidmətinə məlumat verdim. 25-ci polis bölməsində hadisə ilə bağlı izahat da yazdım. Amma məsələnin araşdırılması və nəticəsi barədə bu günədək heç bir rəsmi məlumat almamışam.
Dünən aşkar etdiyim bu hadisə barədə də 102 xidmətinə dərhal müraciət etdim və 25-ci polis bölməsinə ərizə təqdim etdim.
Ümid edirəm ki, polis tərəfindən bu məsələ ciddi araşdırılacaq və hadisənin əsl səbəbləri müəyyən ediləcək.
Bəlkə də kimsə bu yolla mənə hədə-qorxu gəlməyə çalışır.
Əslində bu hadisəyə çox ciddi yanaşıram. Avtomobilimə daxil olan şəxsin əsl məqsədi bəlli deyil.
Oğurluq üçün gələn insan eynək də götürər, telefon da, pul da. Amma bunlar avtomobilimdə olduğu halda, həmin şəxs tərəfindən sanki nümayəşkəranə şəkildə götürülməmişdir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər