Vəkillər Kollegiyasının ümayəndələri İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə iştirak edib

1047

Məlum olduğu kimi, 1948-ci ilin dekabr ayının 10-u universal mənada insan hüquqları baxımında mühüm bir tarixdir. 70 il əvvəl həmin gün Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İnsan hüquqları üzrə universal bəyannamə qəbul olundu. Həmin tarixdən sonra insan hüquqlarının qorunması sahəsində bir sıra regional konvensiyalar, habelə bu istiqamətdə daha tematik sənədlər qəbul olundu.

Əslində Universal bəyannamənin məqsədi dünya üzrə insan hüquqlarının təşviqi və yayılmasını təmin etməkdir ki, bu gün bu alət BMT-nin müxtəlif ixtitsaslaşmış qurumları tərəfindən həyata keçirilməkdədir.

Bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyi İnsan Hüquqları Günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Bakıda şəhərində yerləşən Muzey Mərkəzində sərgi açılışını keçirib. Açılış tədbiri dövlət qurumları, BMT, Milli Məclis, vətəndaş cəmiyyəti, akademik dairələr və kütləvi informasiya vasitələrinin 100-ə yaxın nümayəndəsini bir araya gətirib. Bugünkü tədbir, həmçinin, dünyada qadın və qızlara qarşı zorakılığa son qoymağı səsləyən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının yekununu qeyd edir.

Qeyd olunmalıdır ki, insan hüquqlarının bilavasitə müdafiəsində duran institut kimi bugünkü tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası da dəvətlilər arasında idi. Tədbirdə Kollegiya sədr Anar Bağırovun rəhbərlik etdiyi heyətlə təmsil olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər