Vergilər Nazirliyinin 38 yaşlı əməkdaşı iş başında ölüb – SUMQAYITDA

4952

Sumqayıt şəhərində vergi müfəttişi Səbuhi Zeynalov iş başında dünyasını dəyişib.

Hadisə 2 saylı Vergilər idarəsinin inzibati binasında baş verib.

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhər sakini 38 yaşlı Səbuhi Zeynalov iş zamanı qəfildən keçinib. Səbuhi Zeynalov ölüm səbəbi hələ ki, məlum deyil.

Səbuhi Zeynalov Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Vergi idarəsində müfəttiş vəzifəsində çalışıb. Mərhumun üç azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər