Vətən müharibəsi şəhidi baş leytenant İlkin Məmmədzadənin xatirəsi anılıb

890

Bu gün Vətən müharibəsinin daha bir qəhrəmanı İlkin Məmmədzadənin anım günüdür.

“Report” xatırladır ki, Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə qatılıb.

O, 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxarıb. Oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində “Tülkü Dərəsi” adlanan ərazidə şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. İlkin Məmmədzadə oktyabrın 8-də Sumqayıt şəhidlər Şəhidlər xiyabanında dəfn edilib.

İlkin Məmmədzadə Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 15-də imzaladığı sərəncamla “Vətən uğrunda” medalı ilə təltif edilib.

Anım gününə həsr edilən videonu təqdim edirik:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər