Hər kəsin öz vətəndaşlıq borcunu anladığı sivil bir cəmiyyətdə yaşamaq böyük xöşbəxtlikdir.
Əksər dünya ölkələrində olduğu kimi ölkəmiz ərazisində hökm sürən koronovirus infeksiyasından öncəki dövrdə
cəmiyətimizin sosial şəbəkələrdə əks olunmuş gündəmi yəqin ki, hər kəsin yaxşı yadındadlr. Oğurlanıb təcavüzə məruz qaldıqdan sonra vəhşicə öldürülərək yandırılan Nərminlər,
öz doğma nənəsi tərəfindən öldürülən azyaşlı uşaqlar, sərxoş oğul tərəfindən təcavüz edilən və öldürülən ana, atası tərəfindən öldürülən evlad və s. İntihar, şiddət, təcavüz, gündəlik eşitməyə alışdığımız ölümlə məticələnən yol qəzaları…
Bütün bunların fonunda özünü müasir və cəmiyyətin elitası adlandıran bir çox ”sənətçilərin” mentalitetimiz, azırbaycan qadının mənəvi- əxlaqi tərbiyyəsilə heç şəkildə uzlaşmayan süni şəkilləndirilmiş, yarıçılpaq görüntüləri və aralarındakı çəkişmələrlə yer aldığı maqazin xəbərləri bizim sosial şəbəkələrin əsas gündəmində xüsusi yer tutur.
Laqeyd qalmaq, insanlığın və mənəvi dəyərlərimizin taptalandığı bu mənzərəni ürək ağrısı keçirmədən izləmək qeyri mümkündür.
İnsanlarımızı bu qədər dəyişdirən, qəzəb, acgözlük, nəzarətdən çıxan maddi hərisliyin səbəbləri nədir görəsən?
Hər bir insan yaxşı yaşamaq, öz həyatını xoş keçirmək istəyir.
Lakin, hər kəsin həyat şərtləri eyni ola bilərmi?
Hər birimiz bu cəmiyyətin bir fərdi, eyni hüquqlu vətəndaşlarıyıq. Fərdlərin toplusu olan cəmiyyətdə, onun alimi, müəllimi, həkimi, fəhləsi eyni hüquqlu və bu toplum üçün eyni dərəcə gərəklidir. Bir fəhlədən elmi yeniliklər gözləmək doğru olmadığı kimi, alimdə öz növbəsində fəhlənin gördüyü fiziki işi tam olaraq icra edə bilməz. Bu o anlama gəlir ki, toplumda hər bir fərd öz mövqeyini düzgün anlamalıdır, öz vəzifə borcunu vicdanla yerinə yetirməklə yanaşı, öz şəxsi davranışlarını da diqqət yetirməli və cəmiyyətə müvafiq şəkildə tənzimləməlidir.
Pandemiya və ondan bir qədər öncə KİV- də əks olunan gündəmə nəzər salaraq söyləməliyik ki, biz toplum olaraq bunu bacarmırıq.
Əslində bu günki mənzərə hər bir cəmiyyətsevəri qayğılandırmalı və hər bir vətən evladının bu gün ən mühüm meyarı bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaq olmalıdır.
Neçə-neçə nəsillərdən bizə miras qalmış olan adət-ənənələrimiz, dini, əxlaqi və mənəvi dəyərlərimizi qorumaq hər birimizin hər şeydən öncə bir vətəndaşlıq borcudur.
Bi gün bir sıra saytların gündəmində mühüm yer tutan Maqazin xəbərlərindən söz açmazdan öncə fikrimcə,
Hüseyn Cavidin
“Ağlanacaq bir hal idi,
Özümüzdə görürdük,
Dilimizin, dinimizin
Getməsinə gülürdük” sözlərini xatırlatmaq yerinə düşəçək.
Bəzi maqazin xəbərlərində “Aktrisa soyunaraq kamera qarşısına keçdi və cəsarətli pozlar verdi” kimi başlıq və buna bənzər yazılar, fotolar görürük. Bizim mentalitetimizdə qadın üçün “soyunaraq kamera qarşısına keçmək” bir cəsarət sayıla bilərmi?
Bu gün həyatımızın ayrılmaz hissəsini təşkil edən virtual aləmi, sosial şəbəkələri izləyən yetişməkdə olan bir gənc nəslimiz var. Bir anlıq düşünək, hələ gənclik şüirunun yetərincə formalaşmadığı bir gənc qız bundan hansı nümunəni götürə bilər?
Hansı birimiz, başındian bir qədər sürüşmüş zərif örpəyi altından görünən ağarmış saçları, qırışmış alnı və nurlu üzünə paklığın, böyüklüyün, qəlbindəki ana sevgisinin əks olunduğu gülümsəyən dəyanətli bir qadın obrazını sevmirik!?
Ən azından bu gün, bir “xalq artisti” nin əyninə geyindiyi şortikllə öz yaşından nə qədər cavan göründüyü və onun bundan hiss etdiyi məmnuniyyətini dilə gətirən yazıları və fotolarının deyil, onun cəmiyyət üçün yararlı hər hansı bir kreativ qfəaliyyətini əks etdirən maqazin xəbərləriinin gündəmdə yer alması daha doğru olardı.
Hamıya bəlli olan sadə bir misal var, ağac bar verdikcə başını aşağı dikər. İnsanda belədir. Daaxili aləmi nə qədər zəngindirsə insan bir o qədər çox sadədir. Zəif dünyagörüşlü kəslər isə əldə etdikləri kiçik şeylərlə özlərini bilikli və müasir göstərməyə çalışır, qürrələnirlər. İnsanın arzu və amallarında öz təzahürünü tapan daxili aləmi, onun əsl kimliyini təşkil edir.
Bəs müasirlik nə deməkdir?
Bu gün bir azərbaycanlı qadın necə olmalıdır?
Müasirlik baxımdan biz bu sualın cavabında Koroğlunun Nigarı, Nəbinin Həcəri deyə bilməsək də, bu gün bütün dövlərdə olduğu kimi namus və ismət bir Azərbaycan qadının ən əzəmətli bəzəyi olmalıdır söyləyə bilərik.
Müasirlik elm, təhsil, vətənpərvərlik və dini inanclara stinad edən inkişaf mənasını verir.
Müasir Azərbaycan qadını da özündə məhz bu kimi keyfiyyətləri birləşdirməlidir. Bir çox inkişaf etmiş ölkələrə diqqətlə nəzər salsaq , əslində bu günün mədəni qadın formulunda sağlam həyat tərzi, sağlam qidalanma, sadə və sağlam ailə qadını durduğunu görmək elə də çətin deyil.
Çünki, hamımıza bəllidir ki, ekoloji mühitin çirklənməsi və süni tərkibli, GMO ərzaqlar insan sağlığını üçün xüsusi risqlər yaradır.
Əfsuslar olsun ki, müasirlik insanlığa xeyir gətirmədi.
Bu gün yaşadığımız müasir texnologiyalar dövründə sosial münasibətlər və ünsiyyət sferası nə qıdər dəyişmş olur olsun sevgi insanların ən çox ehtiyac duyduğu yeganə bir meyar olaraq qalır.
Qəlblərdə sevginin bitdiyi yer cəhənnəmdir deyib müdriklər.
İnsan oğlu qəlbindəki sevgi və mərhəmət hissi ilə hər zaman üstün olub.
Münasibətlərdə maddi hərisliyin insan sevgisinə üstün gəlməsi isə yaşadığımız dövrün ən böyük bir bəlasına çevrilib.
Dərk etmək, həyatın ortaq olduğunu bilmək və bu ortaqlıq üçün başqalarının yaşadıqlarını anlamaq … bütün bunları üçün isə insana dərin bir empatiya gərəklidir.
Empatiya-ya sahib olan insanların sayının çox olması bütünlükdə cəmiyyətdə insanların birlikdə yaşaması və bir-birinə yardım etməsinə imkan yaradır.
Bir insan üçün hər kəsin öz vətəndaşlıq borcunu doğru anladığı sivil bir cəmiyyətdə yaşamaq əslində böyük xöşbəxtlikdir.
———
yazıçı,
Sədaqət Fuad
http://www.aqra.az/az/sedaqet-musayeva/