Veysəloğlu Şirkətlər Qrupu
Vəzifə: Direktor köməkçisi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Təhsil: Ali təhsil
İşin Təsviri: Rəhbərin günlük işinin planlanması, hesabatların hazırlanması və müvafiq məlumatların araşdırılmasına yardımçı olmaq.
Vəzifə öhdəlikləri:
– Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
– Rəhbərin iştirakı edəcəyi toplantıların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması və protokollaşdırılması;
– Rəhbərin qonaqlarının və telefon zənglərinin qəbulu;
– Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması, ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi;
– Ezamiyyətlər üçün hazırlıqların görülməsi, marşrutların seçilməsi, səfər planlarının hazırlanması;
– Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
– Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
– Planlama qabiliyyəti;
– Yüksək təşkilatçılıq bacarığı;
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Direktor köməkçisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.