Virusdan sağalan insanlar vaksin vurdura bilər? – AÇIQLAMA

803

COVID-19-a yoluxub sağalan insanlar sonradan vaksin vurdururlarsa, onlarda yaranan immunitet daha uzunmüddətli olur.

Oxu.Az-ın məlumatına görə, bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva məlumat verib.

Y.Qarayeva “Yoluxub sağalan şəxslərdə antitellər yaranırsa, yenidən vaksin vurulmasına zərurət varmı?” sualına münasibət bildirib:

“Ümumiyyətlə vaksin məsələsi indi hər kəsə aydın olur. Bir il bundan öncə vaksin deyiləndə 1 yaşına qədər uşaqların vaksinasiyası yada düşürdü. Amma mən uzun müddətdir vaksinlərlə çalışıram. İnsanlar vaksinlərə düzgün yanaşmalıdır. İnsan orqanizmi virusun genetik materialları ilə heç vaxt rastlaşmaya da bilər və ya daha əvvəl rastlaşdığı bir infeksiyaya da yoluxa bilər. Ona görə də vaksinasiyada əsas məqsəd xəstəliklərin ağırlaşmasının qarşısının alınması və ölüm hallarının azaldılmasıdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər