Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov tutduğu vəzifədən azad edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Gununsesi.info-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”‘ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayevsərəncama götürülüblər.
Məlumata görə, V.Novruzovun yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.