“Whatsapp” 10 gündən sonra bu telefonlarda İŞLƏMƏYƏCƏK

503

31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan “Whatsapp” milyonlarla telefonda işləməyəcək.

BAKU.WS xəbər verir ki, bu barədə “WhatsApp” şirkəti ictimaiyyəti məlumatlandırıb.
“WhatsApp” mesajlaşma şəbəkəsi “Windows Phone” istifadəçiləri, “Android” və “iOS”un köhnə versiyaları üçün fəaliyyətini dayandıracaq.

“Windows Phone”da mesajlaşma xidməti 31 dekabr 2019-cu ildən sonra dayanacaq. “Android 2.3.7” və “iOS 8”-dən daha köhnə əməliyyat sistemi ilə işləyən mobil telefonlarda isə 2020-ci il fevralın 1-də “WhatsApp”dan istifadə etmək mümkün olmayacaq.

Qəbul olunan qərardan sonra dünya üzrə milyonlarla istifadəçi oflayn olacaq. Şirkət izah edib ki, bu məhdudiyyətlər tətbiq imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər