“WhatsApp” istifadəçiləri üçün yeni funksiya yaradılır

1885

Dünyada məşhur olan “WhatsApp” mesajlaşma şəbəkəsi istifadəçilərinə daha bir yenilik edir.

Bu dəfəki yenilik koronavirusla bağlıdır.

Belə ki, “WhatsApp” messencerində səsli və video zəng qruplarında iştirak edə biləcək istifadəçilərin sayı iki dəfə artırılıb. Əvvəlki funksiyadan fərqli olaraq bu dəfə qrupda 8 nəfərlə birlikdə görüntülü danışmaq mümkün olacaq.

Qeyd edək ki, əvvəllər bu yalnız test versiyalarında vardı. Onun aktivləşdirilməsi üçün tətbiqi yeniləmək lazımdır.

Qrup danışıqlarının iştirakçılarının sayının artırılmasını proqram yaradıcıları koronavirus epidemiyası ilə əlaqələndirirlər.

Bununla da, evdə qalmaqla eyni anda 8 insanla birlikdə görüntülü danışmaq mümkün olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər