Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun adından “Whatsapp” mesajlaşma proqramı vasitəsilə spamlar yayılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, qurumun adından yalan məlumatlar yayılır.
““Whatsapp”-da yayılan spam mesajını açmayın, dostlar!”, – deyə Fazil Talıbov bildirib.
Qeyd edək ki, “Whatsapp” vasitəsilə bütün nömrələrə kütləvi şəkildə spamlar yayılır.