Məşhur mesajlaşma platforması “WhatsApp” yeniliklərinə davam edir.
“WhatsApp” yaxın vaxtlarda “səssizə al” funksiyasını istifadəçilərə təqdim edəcək. Yeni funksiyanın özəlliyi belədir:
Əgər istifadəçiyə başqa bir istifadəçidən 50-dən çox mesaj gələrsə, həmin mesajları oxumadan bildiriş panelinə girərək, səssizə almaq olacaq.
Funksiya hazırda beta istifadəçilərə təqdim edilib. Funksiyanı “Play Store”dən 2.18.216 beta variantı ilə yeniləmək mümkündür.