“Whatsapp”dan daha bir yenilik: Şəkilləri..

480

“Whatsapp”ın veb versiyası üçün 3 yeni funksiya əlavə edilib.

sumqayitxeber.com Lent.az-a istinadən xəbər verir ki, şirkət bunu öz rəsmi “Twitter” hesabında elan edib.

Həmin 3 yeni funksiyanı təqdim edirik.

1. “Whatsapp Web”də artıq siz şəkillər üzərində dəyişikliklər edəcək, məsələn, üzərində asanlıqla yazı yerləşdirəcək, ölçüsünü dəyişdirə biləcəksiniz. Qeyd edək ki, bu funksiya mobil versiyada uzun müddətdir var.

2. İkinci yeni funksiya ondan ibarətdir ki, “WhatsApp” artıq istifadəçilərə mesaj yazarkən söhbətin mətninə uyğun stikerlər təklif edəcək.

3. Sonuncu funksiya, istifadəçilərin məxfiliyini nəzərə alaraq, “WebWhatsapp”da mesajların başdan sona şifrələnməsidir.

“WhatsApp” həmçinin veb versiyasında, yaxın gələcəkdə “hər kəs üçün sil” seçimini limitsiz etməyi planlaşdırır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər