www.sumqayitxeber.com saytında “Virtual Hüquq Məsləhətxanası”

3384

İyulun 1-dən saytımızda “Virtual Hüquq Məsləhətxanası” fəaliyyətə başlayacaq. Burada Sumqayıt sakinlərini maraqlandıran hüquqi problemlərlə bağlı fikir mübadiləsi aparılacaq. Sakinlərin hüquqi sualları cavablandırılacaq və onların hüquqi problemlərinin həllinə yardımçı olmaq üçün pulsuz məsləhətlər veriəcək, məhkəmə və digər hüquq mühafizə orqanlarının fəaliyyətinə dair xəbərlər yer alacaq.
Qeyd edək ki, bu layihə www.sumqayitxeber.com saytı və İctimai Maraqlar və Vətəndaş Təşəbbüsü (İMVT) Birliyinin birgə layihəsidir.
“Məqsədimiz Sumqayıtda hüquqi maarifləndirmə işinin geniş vüsət aslmasına, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınmasına, pozntu hallarının vaxtında işıqlandırılaraq aradan qaldırılmasına nail olmaqdır” – deyə müxbirimizlə söhbətində İMVT-nin prezidenti hüquqşünas Anar Elmanoğlu bildirib.
www.sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər