Xaçmaz rayonunda şagirdinə əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Alxasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 1996-cı ildən Gülfərz Alxasov Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib.
O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Sayalı Məmmədovaya (ad-soyad şərti verilib – H.Z.) qarşı əxlaqsız hərəkətlər edib.
İttihama görə, Gülfərz Alxasov məktəbin direktoru vəzifəsində işləyərkən cinsi ehtirasını təmin etmək məqsədi ilə azyaşlı şagirdi Sayalı Məmmədovaya seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.
Bu məqsədlə 20 sentyabr 2017-ci il tarixdə Sayalı Məmmədovanı xidməti otağına çağıran direktor azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra bu barədə heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonrakı günlərdə Sayalı Məmmədovanı xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.
Gülfərz Alxasovun bu hərəkətləri həmin ilin oktyabrın 30-dək davam edib. O, hər dəfə azyaşlı qızı xidməti otağına çağırıb.
İddia olunur ki, Gülfərz Alxasov 6-cı sinifdə oxuyan qızı hərə dəfə otağına çağıranda, onun dodağından öpüb, sonra digər hərəkətlər edib.
Sonuncu dəfə oktyabrın 30-da Gülfərz Alxasov kabinetinə çağırdığı şagirdi ilə intim münasibətdə olmağa başlayıb. O, Sayalı Məmmədovanı kreslosunda oturduğu vaxt qucağına alıb və öpməyə başlayan zaman məktəb işçilərindən biri içəri daxil olub.
Bundan sonra Gülfərz Alxasovun hərəkətlərinin üstü açılıb. Onun bu hərəkətləri qəsəbədə yayılıb və olaydan xəbərdar olan qızın valideynləri polisə şikayət ediblər.
Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Gülfərz Alxasovun barəsində toplanan cinayət işinə Xaçmaz rayon Məhkəməsində baxılıb. Hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə baş tutan qapalı iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Gülfərz Alxasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu gündən, yəni 1 noyabr 2017-ci il tarixdən hesablanması qərara alınıb.
Bu hökmdən narazı qalan Gülfərz Alxasov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Gülfərz Alxasovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Gülfərz Alxasovun apelyasiya şikayəti təmin edilməyib.