Xalq artistinin evindən oğurluq edən Sumqayıt sakinləri tutuldu – FOTOLAR

716

Daxili işlər orqanları tərəfindən ümumilikdə cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan oğurluq hadisələrinə qarşı qətiyyətli mübarizə tədbirlərini davam etdirilir.

Daxili İşlər Nazirliyindən sumqayitxeber.com a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən ardıcıl istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt və Sumqayıt şəhəri ərazisində 10-a yaxın dövlət müəssisəsi və özəl şirkətlərdən silsilə seyf oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rafiq Məmmədov, Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov saxlanılıblar. Araşdırmalar zamanı bu şəxslərin Bakı və Sumqayıt şəhərlərində oğurladıqları seyflərdən külli miqdarda maddi vəsait götürdükləri keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub.
Göstərilən faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda həmin işlər üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən sonuncu belə oğurluq hadisələrindən biri Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlanıb.
Polis əməkdaşları tərəfindən isti izlərlə və yüksək peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi müəyyən edilib.
Əməliyyat-istintaq tədbirlərinin davamı olaraq dəstə üzvlərindən R.Verdiyev, Y.Hüseynli və A. Həmidov saxlanılıblar. Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.
Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.
Əlavə tədbirlərlə dəstə üzvü A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R. Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda cinayətin törədilməsində iştirak edən dəstənin digər üzvlərinin tutularaq istintaqa cəlb olunmaları, habelə maddi sübutların aşkar edilərək götürülməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər