20 avqust 2010-cu il tarixində Sumqaıt şəhər Gənclər və İdman Baş İdarəsində xarici ölkələrin ali məktəblərinə qəbul edilmiş sumqayıtlı gənclərin bir qrupu ilə görüş keçirilmişdir. Bu barədə sumqayitxeber.com saytına Sumqaıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə məlumat verib.
Baş İdarənin rəisi Musa Həsənov şəhərdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində həyata keçirilmiş tədbirlərdən, əldə edilmiş uğurlardan danışmış, dövlətin dəstəyinin nailiyyətlərin bünövrəsini təşkil etdiyini xüsusilə vurğulamışdır. O, istedadlı və yaradıcı gənclərin ölkə və şəhər rəhbərliyinin diqqət və qayğısı ilə əhatə edildiyini bildirmiş, mütəmadi olaraq hər il ali məkətblərə qəbul zamanı yüksək bal toplayan, xarici ölkələrdə ali təhsil almaq hüququ əldə edən gənclərlə görüşlərin keçirildiyini qeyd etmişdir. Gənclərin xarici ölkələrdə ali təhsil almasının xüsusi dövlət proqramı ilə tənzimləndiyini nəzərə çatdıran Baş İdarənin rəisi gənclərə öz tövsiyyələrini çatdırmış, onların təhsil aldıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Gənclər və onların valideynləri göstərilən diqqətə görə Baş İdarənin rəhbərliyinə minnətdarlıq edib və Sonda gənclərə Baş İdarənin hədiyyələri və nəşrləri təqdim edilib.