Xərçəngdən qoruyur, immuniteti gücləndirir… – GƏNCLİK ELİKSİRİ

1552

Limon və sarımsaqla hazırlanan, “Sarımsaq eliksiri” adlanan qarışım son zamanlar dildən-dilə dolaşaraq xeyli məşhurlaşıb. “Gənclik eliksiri” də adlandırılan və iki ərzaqdan ibarət olan bu sadə qarışımla şəfa tapdığını söyləyənlərin sayı gündən-günə artır.

Damar tıxanıqlığı, təzyiq, ürək və immunitet sistemi üçün istifadə olunan bu qarışım sadəcə xəstəlikdən qurtulmaq üçün deyil, həmçinin xəstəliklərdən qorunmaq üçün də istifadə edilir.

Hazırlanma qaydası:

2 litr təzə sıxılmış limon

40 diş sarımsaq

Limonları sıxın. Limon suyu təxminən 2 litr olmalıdır. Suyu şüşə balona tökün. 40 diş sarımsağın qabığını soyduqdan sonra yumadan yüngülcə əzin. Balona boşaldıb, ağzını bağlayın. 25 gün günəş düşməyən yerdə saxlayın. Hər gün şüşəni bir neçə dəfə çalxalayın. 25 gün sonra sarımsaqları limonun suyunun içində ərimiş olacaq. Qarışımın içinə duz, şəkər tozu atmaq olmaz!

İstifadə qaydası:

Qarışımı səhərlərac qarınayarım stəkan için. Çalışın hər gün eyni saatda içəsiniz.Yarım saat sonra səhər yeməyini yeyə bilərsiniz.

Gənclikeliksirininfaydaları:

– Limon suyunun içinə sarımsaq atıb içdikdə tıxanan damarlar açılır. Damar sərtliyi və yüksək təzyiqin qarşısını alır.

– Mütəmadi olaraq istifadə edilən sarımsaqlı limon suyu bədəndəki zərərli yağları yandırır və sürətli şəkildə arıqlamağa kömək edir.

– Böyrək və öd kisəsindəki daşları əridir, sidikqovucudur, bədəndəki şişkinliyi yox edir.

– Revmatizm ağrılarını kəsir. Həmçinin oynaq ağrılarını azaldır.

– Limonun tərkibində yüksək miqdarda olan C vitamini və sarımsağın tərkibindəki antioksidant immuniteti mükəmməl hala gətirir.

– Dəri allergiyalarının qarşısını almaqla yanaşı xərçəng xəstəliklərinə qarşı bütün orqanlarda qalxan vəzifəsini həyata keçirir.

– Köpü aradan qaldırır.

– Mədə xəstəliklərinə faydalıdır. Ordakı zərərli bakteriyaları yox edir.

– Sidikqovucu və qəbizliyi aradan götürmə xüsusiyyəti var.

– Bütün sinir sisteminə müsbət yöndə təsir edir. Beyin hüceyrələrinin yaxşı çalışmasında rol oynayır.

– Xolesterolu aşağı salır.

– Xərçəng hüceyrələri ilə mübarizə aparır və güclü bir immunitet təmin edir.

XƏBƏRDARLIQ:Hamilə, əmizdirən qadınların və müalicə alanların istifadədən əvvəl həkimlə məsləhətləşməsi vacibdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər