Xərçəngə qalib gələn ərzaqlar – SİYAHI

1313

Tanınmış amerikalı həkim, alim, Angiogenez Assosiasiyasının yaradıcısı Vilyam Linin işləyib hazırladığı qidalanma sisteminin köməyi ilə onkoloji xəstəliklərin inkişaf riskini azaltmaq mümkündür.

Li onkologiya ilə mübarizədə ən effektli vasitə ərzaq məhsullarını hesab edir. Buraya xeyli növ meyvə, tərəvəz, daha sonra ağartı məhsullarından və tərəvəzlərdən hazırlanmış yeməklər daxildir.

Li özünün “xərçəngə qarşı pəhriz”ini “Eat to Beat Disease: The New Science of How Your Body Can Heal Itself” (“Xəstəliyə qalib gəlməkdən ötrü yeyin: sizin bədəninizin özünü necə sağaltması barədə yeni elm”) adlı kitabında təqdim edib.

Müəllif əsasən tərkibində faydalı minerallar, o cümlədən orqanizmdə mutasiya prosesini dayandıran likopinin olduğu pomidoru; həmçinin xeyli faydalı xüsusiyyətlərə malik olan turş kələmi; soyanı, giləmeyvələri və yaşıl çayı əsas tərəvəz hesab edir.

Li öz pəhrizində yoqurta və kimçiyə – Koreya ədviyyatları qatılmış, əsasən Pekin kələmindən hazırlanan Koreya yeməyinə xüsusi yer ayırıb.

Bundan başqa, Li düzgün qidalanmada qoz-fındığın, giləmeyvənin və kartofun əsas rolundan yazır. O, həmçinin öz kitabında almaya, xüsusən alma sidrinə (alma şərabı) böyük yer ayırır.

O, kitabında bu və ya digər ərzaqdan nə üçün istifadə olunmasını başa salır, həmçinin daha çox tərəvəz qəbulunun zəruriliyindən bəhs edir.

“Bizim genetik taleyimiz doğulmaq faktı ilə qabaqcadan müəyyən edilməyib. Genom özü dəyişməz olaraq qalmaqdadır, lakin müəyyən genlər ətraf amillərin təsiri altında dəyişmək qabiliyyətini saxlamaqdadır. Yəni hər şey sənin nə yediyindən, hansı havanı udmağından asılıdır…”, – deyə Li yazır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər