Xərçəngin çarəsini tapan həkimlər niyə öldürülür? – Foto

340

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, xərçəng , AİDS və Otizm barədə araşdırmalar aparan həkim Bradstreet sinə nahiyəsindən bıçaqlanaraq öldürüb. “GcMaF” adlı molekullarla bağlı ciddi araşdırmalar aparan həkimin cəsədi çayda tapılıb. (19 iyul 2015)

Bildiyiniz kimi, bütün mualicələr bədənə müsbət, eləcə də mənfi təsir göstərə bilir. Lakin, Bradstreetin tapdığı üsul, kimyaterapiyadan fərqli olaraq, bədənə daha az zərər vurur. 24 həftə dəvam edən müalicənin qiyməti isə 2.000 dollara yaxındır.

 Bradstreet

Həkimin öz sahəsindəki uğurlarına və xəstələrə yeni həyat bəxş edəcək gücə sahib olmasına baxmayaraq, ABŞ Ərzaq və Dərman İdarəsi Bradstreetin müalicədə qanunsuz dərmanlar istifadə etdiyini elan edərək onun bu kəşfini “qanunsuz” adlandırıb.

Yaponiya klinikalarından biri “GcMaF”ın xərçəngdən əlavə, bir sıra xəstəliklərə də çarə ola biləcəyini vurğulayıb: “Bəzi tibb sektorları xərçəng xəstələrini gəlir mənbəyi olaraq görür. Məhz bu səbəbdən, onların “GcMaF”ı bir təhdid olaraq görməsi heç də təəccüblü deyil”.

Qadağan olunmuş “GcMaF” və ona oxşar digər müalicə yollarından ən az birinin qanunlaşdırılması, hər il yüzlərlə insanın həyatını xilas edə bilər. Bundan əlavə, sözügedən müalicə üsulları, çarəsiz xəstəliyə tutulmuş insanları faydasız və əks təsiri daha güclü olan müalicələrdən xilas edə bilər.

Qeyd edək ki, cəmi 1 ay ərzində Floridada 6 həkim öldürülüb. Maraqlısı da odur ki, onların ölümüylə bağlı ekspertizalar qısa bir müddətdə başa çatdırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər