Xəstələr 2 günə ağırlaşır, hərarət 41-ə qalxır – Həyəcan

385

Əvvəlki aylarla müqayisədə koronavirusa yoluxan xəstələr 2-3 günə ağırlaşır. Temperatur qısa zamanda 40-41 dərəcəyə yüksəlir və onu salmaq çox çətin olur. Klinik əlamətlər daha kəskin davam edir. Hesab edirəm ki, bu, Britaniya ştammıdır. Çünki ötən illə müqayisədə xəstəlik daha da aqressivləşib.

Axar.az xəbər verir ki, bunu infeksionist Vüqar Cavadzadə qeyd edib. O bildirib ki, son iki həftə ərzində insanların harada yoluxması barədə araşdırma aparılmalı və ona tədbir görülməlidir:

“Mart ayı ərzində yoluxmaların sayı 200 nəfərdən 2200 nəfərə yüksəldi. Yəni bir ay ərzində yoluxmalar 10 dəfə artdı. Fikrimcə, bu artım Britaniya ştammı (B1.1.7) hesabına baş verir.

Gündəlik yoluxanlar arasında epidemik anamnez, yəni onların 14 gün ərzində harada olmaları, hərarəti olan xəstələrlə təmasda olub-olmamaları və s. barədə məlumat toplanmalıdır”.

V.Cavadzadə son 15 gündə yoluxan xəstələr arasında apardığı təhlilində yaşlı insanların yas mərasimlərində yoluxmasını müşahidə etdiyini bildirib:

“Yaşlı insanlar daha çox yas mərasimlərində kütləvi yoluxurlar. Maraqlısı odur ki, bu şəxslər koronavirusdan dünyasını dəyişən insanın yasına gedirlər.

Cavan insanlar isə daha aktiv həyat tərzi keçirdiyinə görə onlar avtobus, kafe və restoranlarda daha çox yoluxurlar.

Bu səbəbdən təhlillər aparılıb yoluxmalar daha çox baş verən yerlərdə əks-epidemik tədbirlər gücləndirilsə, məqsədəuyğun olar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər