Xəstəliklə mübarizədə hədəfimiz “0” olsun

1813

Var olduğu gündən bəri insan oğlu onu əhatə edən müxtəlif xarici mühit amillərinə qarşı daima mübarizədə olmuşdur. Təbii fəlakətlər, yolxucu xəstəliklər, müxtəlif mənşəli iri miqyaslı qəzalar və s. insanın öz həyatı boyu mübarizədə olduğu təbii, ekoloji və sosial mənşəli ətraf mühit faktorlarıdır. Hər dəfəsində girdiyi mübarizədən qalib çıxmağı baçaran insan yeni yeni həyat təcrübələri qazanmış və öz inkişaf yolunun müasir mərhələsinə çatmışdır. Əslər boyu hər dəfəsində 100 minlərlə insanın ölümüylə nəticələnən, bəzilərinin hazırda tamamilə kökü kəsilən qrip, vəba, taun, təbii çiçək, qarın yatalağı və s. təhlükəli infeksiyaların dünya səhiyyəsinin tarixinə yazılan sayısız pandemiyalarl məlumdur.
Elmin son dərəcə inkişaf etdiyi, klonlaşdırma, orqan transplantasiyası kimi əməliyyatların qüsursuz icra edildiyi müasir dövrümüzdə tibb elmi nə yazıq ki, bir sıra viruslar və onların törətdiyi xəstəliklərlə mübarizədə hələ də acizdir. Təxminən 40 il bundan qabaq insan cəmiyyəti artıq infeksion xəstəliklərin təhlükə torətmədiyini düşünməyə başlamışdı. 1981- ci ildə yeni xəstəlik kimi aşkar olunan İİV/QİÇS epidemiyası bu fikrə son qoydu. Bu infeksiyanın bütün dünyada sürətlə yayılmasını alımlər “sağlamlığın qlobal krizisi” adlandırdılar. Dünya lideri sayılan ABŞ-da bu yeni xəstəliyin aşkar edilməsinə dünya əhalisi çox təəccüb etdi. Artıq ilk aşkarlandığından keçən uzun zaman ərzində aparılan çox yonlü araşdırmalara və bu gün təbabətdə infeksiyanın etibarlı dioqnostikası metodlarının olmasına, eləcə də müalicə üsullarının daima təkmilləşdirilməsi prosesinin aparılmasına baxmayaraq hələ də İİV(İnsanın İmmun Çatmamazlığı Virusu) infeksiyasının tam müalicəsi və spesifik profilaktika vasitəsi tapılmamışdır. Lakin, virusun ətraf mühit faktorlarına qarşı davamsız olması və yoluxma yollarının spesifikliyi insan cəmiyyətinin virus qarşısındakı böyük şansı sayıla bilər.
Hazırda isə bəşəriyyət bu gün son dərəcə inkişaf etmiş dünya səhiyyəsinin ən aktual qlobal problemlərindən birinə çevrilən yeni bir virus infeksiyası, Covid-19 pandemiyası ilə üz-üzədir. Dünya ictimaiyyəti Koronavirus pandemiyasına son qoymağa imkan verəcək real tarix axtarış yolundadır. Virusla mübarizədə mütəxəssislərin aramsız apardığı araşdırmalar əsasında müəyyən yeniliklər və koronavirus infeksiyasının müalicəsində tətbiq edilən müəyyən dərman, vaksin preparatları əldə edilmişdir.
Lakin, infeksiyasının effektiv müalicəsi və Covid-19 – n geniş miqyasda yayılmasının qarşısının alınmasına imkan verəcək spesifik profilaktik vasitənin tapılması bəlkə də, öz müəlifinə Nobel mükafatı qazandıracaq zamanı qözləyir. Bi gün isə bütün dünyada olduğu kimi aylardır normal həyatı iflic edən koronovirus infeksiyası, tətbiq edilən karantin və digər bütün profilaktik tədbirlərə baxmayaraq ölkəmiz ərazisində də hökm sürməkdə dəvam edir.
Aydın məsələdir ki, belə şəraitdə məlumatlı olmaq, dövlət tərəfindən tətbiq edilən və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş ümumi profilaktik tədbirlər və karantin rejiminin tələblərinə ciddi əməl etmək hər birimizin vətəndaşlıq borcumuzdir.
Hər şey deyil, lakin çox şey öz əlimizdədir.
Beləliklə, özümüzün və bütünlükdə cəmiyyətimizin ümumi rifahi naminə hər birimizin Covid-19 mübarizə də “0 məqsədinə nail olmağa doğru” devizinə qoşulmağa təklif edirəm.

Yazıçı, ADU- nun baş müəllimi,
Sədaqət Musayeva.

Qeyd edək ki, müəllifin oğlu mərhum isdedalı gənc jurnalist Fuad Musazadə 9 ay öncə Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində keçirdiyi avtoqəza nəticəsində dünyasını dəyişib.
Allah rəhmət eləsin !

Bitməyən sevgi…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər