Xocalı soyqırımı “Azərikimya”-da anıldı

685

«Azərikimya» İB-nin konfrans zalında birlik rəhbərliyinin, şəhər ictimaiyyəti nümayəndələrinin, bir sıra təhsil müəssisələ­ri,  həmçinin yerli və respublika kütləvi informasiya vasitələri nüma­yən­də­lə­rinin iştirakı ilə Xocalı soyqırımı yad edilmişdir.

«Azərikimya»  İB-nin Мüşahidə Şurasının sədri, Milli Мəclisin deputatı Muxtar Babayev, Sumqayıt Bələdiyyəsinin sədri  Əbülfəz Babayev, şair-dramaturq Əvəz Mahmud Lələdağ tədbirdə çıxış edərək erməni faşistlərinin 20 il əvvəl törətdikləri vəhşiliyə öz münasibətlərini bildirmiş, tədbir iştirakçılarını heç vaxt unutqanlığa yol verməməyə, mübarizliyə səsləmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və işğal olunmuş digər Azərbaycan əraziləri ilə bağlı yürütdüyü daxili və xarici siyasəti dəstəkləyərək, apa­rılan uğurlu siya­sət nəticəsində işğal altında olan torpaqlarımızın erməni qəsbkarlarından tezliklə azad edi­ləcəyinə əmin­lik ifadə etmişlər.

Sonda H.Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının aktyorlarının ifasında mə­rasim işti­rak­çı­larına Xocalı faci­əsinə həsr olunmuş tamaşadan fraqmentlər təqdim olunmuşdur.

Qeyd edək ki, Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım mərasimləri «Azəri­kimya» İB-nin «Kimyalayihə» İnsti­tutun­da, Etilen-polietilen, “Üzvi sintez” və Mexaniki Təmir za­vodla­rın­da, həm­çi­nin Anbar Təsərrü­fatı, Nəqliyyat və Xüsusi texnika İdarəsində də keçiril­mişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər