Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir təşkil edilib

408

Fevralın 23-də Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin, “Dostluq” mədəniyyət evinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı ağrısından gələcəyə doğru” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə “Dostluq” mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin Xocalıya aid əl işlərindən ibarət sərgi və H.Əliyev Mərkəzinin Xocalıya həsr etdiyi kitab sərgisi ilə tanış olublar.

Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvü Əli Hüseynovun ifasında Bulud Qaraçorlunun “Fədailər marşı” şeiri və muğam üçlüyünün müşaiyətilə Aydan Salahovanın ifasında “Azad bir quşdum” mahnısı dinlənildikdən sonra tədbir konfrans zalında davam etdirilib.

Sonra yazıçı-kulturoloq, ssenarist Hafiz Ataxanlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamı haqqında geniş məlumat verib.

Xocalı sakini Mürvət Məmmədov çıxışında bildirib ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi.

Sonda Xocalı sakinlərinin o dəhşətli günlə bağlı gördükləri, yaşadıqları dinlənilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər