Xoşbəxt cütlük indidən özlərinə qəbir qazdırdı – “İnsanlara yük olmaq istəmirik” – FOTO

1107

Türkiyənin Sivas vilayətində yaşayan yaşlı cütlük sağ ikən öz qəbirlərini hazırlatdırıb.

Publika.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, İmranlı qəsəbəsi yaxınlığındakı Kuz kəndində yaşayan 82 yaşlı Dursun Zorlu və xanımı 80 yaşlı Selvi Zorlu qış düşməmiş qəbirlərini hazır vəziyyətə gətirib. 60 ildir evli olan Zorlu cütlüyü Sivasda qışın çox sərt keçdiyini və vəfat edərlərsə kimsəyə yük olmaq istəmədiklərini deyiblər. 82 yaşlı Dursun zorlu qəbir yerini müəyyənləşdirərkən həssas davrandıqlarını bildirib: “Uzun illərdir bir yerdəyik, çox xoşbəxt günlər, illər yaşamışıq. Ona görə də hər ikimizin məzarını həm xanımımın ata kəndinə yaxın, həm də öz yaşadığımız yerə uzaq olmayan bir məkanda – təpənin üstündə qazdıq. Beləliklə məzarlarımız doğulduğumuz yerə eyni məsafədə olacaq. Həm də qışda buralara 1-2 metr hündürlükdə qar yağır. İstəmirik biz vəfat edəndə qohum-qonşu çox əziyyət çəksin. Bilmirik nə vaxt öləcəyik. Amma yenə də insanlara yük olmaq istəmirik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər