ATV-də yayımlanan “Maşın” realiti-şounun 13-cü günündə müğənni Səmra Rəhimli SMS səsverməsinə çıxarılıb.
“Qafqazinfo”nun məlumatına görə, sənətçi tamaşaçılara müraciətində səs topladıqdan sonra hörmətsizlik edərək şounu tərk etməyəcəyini, hədəfini hələ açıqlamayacağını bildirib.
Sonda 79,06 faiz səs toplayan Səmra aparıcı Xose Bernardonu oyundan kənarlaşdırıb.
Qeyd edək ki, hazırda 4 iştirakçı “Maşın” uğrunda mübarizə aparır.