Sumqayıt Şəhəri 17 mkr, ev 63,mənzil 20-də -Nəbiyev Müzəffər Məmmədrza oğluna məxsus mənzildə yanğın hadisəsi baş vermişdi. Naməlum səbəbdən yaranan yanğın yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində söndürülmüş və yanğının evin digər hissələrinə keçməsinin qarşısı alınmışdır. Hadisə zamanı ailə üzvləri evdə olmadığına görə xəsarət alan və yaralanan da olmayıb. Lakin buna baxmayaraq 3 otaqlı mənzilin 2 otağı və ev əşyaları yanaraq, yararsız hala düşmüşdü.
Bu səbəbdən Azərkimya İB və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi evi yanan ailəyə yardım əli uzatdı. Qayğıya, diqqətə ehtiyacı olan insanların o cümlədən ən ağır bəlalara düçar olanların köməyinə tələsən Qızıl Aypara Cəmiyyəti bu dəfə də öz missiyasını yerinə yetirərək, ailənin məişət əşyaları və ərzaq məmulatları ilə təmin olunmasına köməklik etdi. Qeyd edək ki, yanğınla əlaqədar olaraq Azərkimya İB-nın Həmkarlar təşkilatı evin təmiri ilə bağlı işlərdə yardım göstərməyi öz öhdəsinə götürüb.