Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb.
APA-nın məlumatına görə, bu barədə YAP-ın bu gün keçirilən VI qurultayında qərar qəbul edilib.
Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin olunub.
***
09:02
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti VI qurultayı keçirilir.
APA-nın məlumatına görə, qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək.
Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-nə təyin olunub.