YAP-ın VII Qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu

774

Məlum olduğu kimi, Azərbaycanın müstəqillik tarixinin ilk illəri ölkəmiz və xalqımız üçün çox ağır keçmişdir. 90-cı illərin əvvəllərində gərgin siyası və iqtisadı şəraitdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev kimi nəhəng siyasətçinin gərgin zəhməti, dərin bilik və bacarığı, uzaqgörən və cəsarətli addımları Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edə bildi.  29 illik zaman kəsiyində uğurlu və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası Müstəqil Azərbaycanın tarixində mühüm rol oynayaraq, ölkənin siyasi ideya məktəbinə çevrilmişdir.

Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Qəhrəman Ordumuzun şücaəti ilə dədə-baba torpaqlarımızın işğaldan azad edilməsiylə nəticələnən 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbəsiylə, Azərbaycan bütün dünyaya güclü dövlət olduğunu açıq-aydın nümayiş etdirdi. Bu gün Qarabağın dirçəlişi yolunda görülən işlər isə hər bir vətəndaşda qürur hissi yaradır.

Yarandığı gündən dövlət müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik və güclü iqtisadiyyat formalaşdırmaq əsas məramlarından olan Yeni Azərbaycan Partiyasının Azərbaycanımızın hər uğurunda öz payı vardır. Prezident, parlament, bələdiyyə seçkilərində inamlı qələbələr qazanan partiyamızın, 2021-ci ilin mart ayının 5-də tam yeni ovqatda keçirilən VII qurultayı partiyanın fəaliyyətinin yeni uğurlu mərhələsinin başlanğıcı oldu. Böyük ənənələrə malik Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran Yeni Azərbaycan Partiyası bu il öz 30 illik yubileyinə yeniləşmiş formatda, daha fəal qədəm qoyur.

Yeni Nizamnamənin qəbul edilməsi, Siyasi Şuranın ləğv edilməsi və əvəzində digər rəhbər orqan olan İdarə Heyətinin optimallaşdırlması Yeni Veteranlar Şurasının və Gənclər birliyinin formalaşdırılması Yeni Azərbaycan Partiyasının qarşiya qoyulan hədəflərə nail olmaq üçün öz fəaliyyətini müasir çağırışlara uyğun qurduğunun əyani nümuməsidir. Bu o deməkdir ki, siyasi fəal şəxslərin təcrübəsinin, gənc qüvvələrin yeni metodları və dəyərlərilə birgə yayılması təmin ediləcəkdir.

YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarları dövlətçilik ənənələrinə sədaqt və vətənpərvərlikdir. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir ki, bunlardan 48-i yeni sədrlərdir. Sədrlərin orta yaş həddinin 59-dan 50-yə endirilməsi, enerjili və artıq təcrübəli şəxslərin partiya fəaliyyətində yaxından iştirak edəcəyindən xəbər verir.

Ulu Öndər ideyalarının davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirdi ki, «Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar”

Həmçinin ölkə başçısı qeyd etdi «Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. “Tarixi zərurətdən yaranan və Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiya daşıyan Yeni Azərbaycan Partiyası son 18 il ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir.

Ölkənin xarici siyasətinin davamı olaraq YAP beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə xüsusi önəm verir . Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, videoformatda keçirilən konfranslar əlaqələrin daha da yaxınlaşmasına səbəb olaraq, 2 ölkənin hakim siyasi partiyalarının münasibətlərinin dinamik şəkildə inkişaf etməsinə rəvac vermişdir. Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası, Çin Kommunist Partiyası arasında mühüm əlaqələr formalaşdırılmış, Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın hakim partiyaları ilə əlaqələr yaradılmışdır. Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edən YAP, , dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir;

Azərbaycanda xalq-iqtidar birliyinin mövcudluğu isə bir çox sahələrə öz müsbət təsirini göstərməkdədir. Yeni Azərbaycan Partiyasının VII Qurultayında 6 siyasi partiyanın Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası YAP-a qoşulmasının özü isə Partiyasının nüfuzunun daha da artdığından xəbər verir. Prezident İlham Əliyevin tapşırığı ilə Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması isə Partiyasının gələcək hədəflərini müəyyənləşdirməkdədir.

Əminik ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin “Gələcəyin Partiyası olmaq” missiyasının davam etdirilməsi yolunda inamla irəliləyəcək və siyasi həmfikirlərimizlə birgə partiyanın Sədri tərəfindən müəyyən edilən hədəflərə çatmaqda davam edəcəyik.

Aygün Zülfüqarlı, Sumqayıtın Tarixi Muzeyinin direktoru, YAP Sumqayıt şəhər təşkilatının fəalı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər