“Hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazırdır”.
Bu barədə Azvision.az -a açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. Onun sözlərinə görə, siyahı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.