Yaponiyanın Azərbaycandakı səfiri Sumqayıtda olub

1847

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Sumqayıt şəhərində səfərdə olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə  Azərbaycan – Yaponiya əlaqələri çərçivəsində Sumqayıt şəhəri ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Şəhər rəhbəri qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhəri  Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda  sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması,  modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var, investorlar üçün cəlbedici güzəştlər mövcuddur.

Səfir Vada Cüniçi Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib. Diplomat qeyd edib ki, iki ölkə arasında iqtisadi, mədəni və digər sahələrdə çox gözəl əlaqələr qurulub və bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensial mövcuddur. İki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsində Sumqayıt şəhəri mühüm rol oynaya bilər.

Səfir Vada Cüniçi  “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.  Bildirib ki, Yaponiya- Azərbaycan münasibətlərinin əsasının qoyulmasının 30-cü ildönümü ilə bağlı 2022-ci il “Dostluq İli” elan olunub. Bu münasibətlə Sumqayıt şəhərində də birgə müxtəlif tədbirlər reallaşdırıla bilər.

Görüşdə Yaponiyanın hər hansı bir şəhəri ilə Sumqayıt arasında qardaşlıq əlaqələrinin qurula biləcəyi vurğulanıb. Gələcəkdə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulması prespektivləri müzakirə olunub.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər