“Yaralı turistlər bu gün evə buraxılmayacaq” – Baş həkimin müavini Sumqayıtdakı dəhşətli qəzadan danışdı

1343

Bu gün saat 08 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 3-ə çatıb, 14 nəfər yaralanıb.

Sumqayitxeber.com-un məlumatına görə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının malicə işləri üzrə müavini Mirnazir Muxtarov Modern.az-a açıqlamasında deyib ki, yaralıların vəziyyəti ağırdır və onlar bu gün evə buraxılmayacaq.

“Xəstəxanaya yerləşdirilən yaralıların yaxınları dərhal xəbəri eşidən kimi xəstəxanaya gəlib. Ümumilikdə 15 nəfər yaralı daxil olmuşdu. Onlardan 8 nəfərini evə buraxdıq. Ağır yaralı olan xəstələrdən bir nəfər dünyasını dəyişib. Vəziyyəti orta ağır olan 6 yaralının isə  heç biri bu gün evə buraxılmayacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər