Yarım tondan çox heroinə görə tutulmuşdu, azadlığa çıxdı

1583

Yarım tondan çox heroinin dövriyyəsində təqsirləndirilən Nəsrulla Abbasov azadlığa buraxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Anar Qasımlı məlumat verib.

O bildirib ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin istintaq orqanının N.Abbasovun barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimatı Yasamal rayon məhkəməsinin hakimi Hüseyin Səfərov təmin etməyib və N.Abbasov azadlığa çıxıb. Bu gün isə DGK-nin həmin qərardan verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim İlqar Murquzov həmkarının qərarını qüvvədə saxlayıb.

A.Qasımlı bildirib ki, N.Abbasov sadəcə İrandan Polşaya göndərilən iki şirkət arasındakı daşınmaya sürücülük edib: “TIR Astara rayonunda yerləşən gömrük keçid məntəqəsində yoxlanılarkən yüklərin arasından heroin aşkar olunub. Yükdaşımalarla bağlı beynəlxalq konvensiyaya görə sürücülər yükə müdaxilə edə bilməz, çünki bütün mallar möhürlənərək yola salınır. Yükü göndərən və qəbul edən şirkətlər də bəllidir”.

Qeyd edək ki, “AZFEM” MMC-nin işçisi, sürücüsü Nəsrulla Abbasovun idarə etdiyi və şirkətə məxsus olan “MAN” markalı 90 JP 737 10 ZH 098 dövlət qeydiyyat nişanlı avtomobilə rentgen aparatı vasitəsilə baxış keçirilib. Bu zaman yük maşınındakı malların içərisindən 500 ədəd polietilen torbalara qablaşdırılmış, ümumi çəkisi 500 kiloqram 635 qram heroin tapılıb. Bağlamalar “AZARAKSHS” yazısı olan qutuda yerləşdirilib və “odadavamlı löhvəciklər” yükü ilə birgə malın içərisinə yığılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər