Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasında döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırıb. Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən aşkarlanmış sursatın 1 ədəd partlamamış “F-1” markalı əl qumbarası olduğu müəyyənləşdirilib.
Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən hadisə yerinə əlavə baxış keçirilmişdir. Nəticədə, həmin ərazidə digər şübhəli əşya aşkar edilməyib. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:00-da başa çatıb.