“Yaşıl bina”nın qayıdışı…

220


Eyvaz Qocayev

Keçmişi xatırlamaq təkcə insanlarla bağlı olmur. Canlılarla yanaşı cansız varlıqlar da insana çox şey xatırladır. Keçmişə aparır insanı. Bəzən uzun müddət yaşadığın bir yerə dönərsən və heç bir hadisəni xatırlamazsan.Çünki o hadisələrin baş verdiyi zamanda mövcud olan bütün varlıqları yox olmuş görərsən. Sumqayıtda yaşamış insanların bir çoxunun xatirələrində dərin iz buraxan simvollardan biri də Sumqayıt şəhər İcra hakimiyyətinin binası idi. Yaşıl örtüyü ilə şəhərə daxil olan hər kəsin diqqətini cəlb dirdi. Unikal bina idi. Bu binanı “yaşıl bina” kimi tanıyırdı hər kəs. Binanı görən şəxsləri xarici görnüşü daha çox maraqlandırırdı, nəinki daxili…

Binanın yaşıl örtüyünün ləğv olunması bir çox insanların haqlı  narazlığına səbəb olmuşdu. Çünki bu bina icra hakimiyyətinin binası olmaqla yanaşı həm də şəhərin simvollarından biri hesab olunurdu. Kreativlik var idi.

Eşiddiyimə görə bu binanın yaşıl olmasının maraqlı bir tarixçəsi olub. Binanın tikilişindən sonra kenarlarına qrunt suları yığılırmış. Ekspertlər məsləhət biliblər ki, binanın kənarlarına yaşıllıq əkilsin və bu ot örtüyü suyu özüzə çəksin. O zamandan binanın görünüşü bu formaya salınıb.

Uzun illərin zəhməti nəticəsində binanın görünüşü bütünlüklə yaşıllaşmışdı. Bir neçə günün içində bu örtük məhv olundu…Yenidən binanın görünüşünün əvvəlki vəziyyətə salınması ümidi isə yox idi.

Bu gün icra hakimiyyətinin önündən keçərkən binanın önündə quraşdırılmış stentdə təmirdən sonrakı görünüşü ilə rastlaşdım. Bu xəbər məni çox sevindirdi. Çünki biz bu binanı bu cür görmüşdük…Belə qəbul etmişdik! Bu bizim keçmişimiz idi. Sumqayıtın keçmişindən bir xatirə. Ümid edək yeni görünüş bizə keçmişimizi xatırladacaq…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Samire
    Mart 22, 2012 - 16:53

    Səmimi bir yazı…Bilinir ki ürəkdən istəmisiniz binanın görünüşünün əvvəlki kimi qalmasını…Təbriklər hər birimizi!

  • Süleyman Məmmədov
    Mart 22, 2012 - 22:03

    Eyvaz muelim xos xeber olasiniz. Xatirlayiram o zaman da buna etiraz etmisdiniz..Tesekkur edirem seherimizin problemlerini obyektiv isiqlandirdiqiniz ucun…

  • Xatirə
    Mart 22, 2012 - 22:07

    Doğrudan da bu bina insana keçmişini xatırladırdı…Sizin saytdan bu binanın yeni görnüşünü görmüşdüm. Çox məyus olmuşdum. İndi bu xəbəri eşidib çox sevindim.

  • Günel
    Mart 22, 2012 - 22:12

    Uzun müddət idi Eyvaz müəllimdən yazı görmürdük:) Axır ki xoş notlarla bir yazı yazdınız! Əla!

  • Kamil Zeynalov
    Mart 22, 2012 - 22:22

    “Bəzən uzun müddət yaşadığın bir yerə dönərsən və heç bir hadisəni xatırlamazsan.Çünki o hadisələrin baş verdiyi zamanda mövcud olan bütün varlıqları yox olmuş görərsən.” Eyvaz müəllim bu ifadəni çox gözəl yazmısınız…Tanış hisslərdir…Səmimi fikirlər üçün təşəkkürlər

  • Elnare
    Mart 22, 2012 - 23:15

    Bu xebere cox sevindim.Ela

  • Zehra Nur
    Aprel 25, 2012 - 09:37

    Bizim istek ve arzularimizi nezerealdiginiz ucun minnetdariq.Men Sumqayitli olduguma gore xosbextem.Isiniz avand olsun

  • VUGAR ORUCOV
    May 17, 2012 - 14:12

    Xebere soz ola bilməz. Çox xoş xəbər oldu Eyvaz müəllim !!! İnanıram ki, tezlikle yaşıllıq bərpa olunacar inşallah !

  • Vüqar Qəribov
    Sentyabr 17, 2012 - 23:31

    Eyvaz müəllim,men seni ilk dəfə tanıyandan gördümki,sen Sumqayıtı nece sevirsen.Bütün yaşlı və cavan nəsil bu binanı belə görüblər.İstəməzdimki gelecek nesil bu binanı başqa cürə görsün.Bu bina artıq bir simvola dönüb.Bu simvolu qorumaq lazımdı.

  • Nahile
    Sentyabr 18, 2012 - 11:26

    elaaa xeberdi Eyvaz;-)Shad xeber olasan.Bax bu ishden razi qalmamaq mumkun deyil.

  • Vetendash
    Sentyabr 23, 2012 - 02:52

    Amma evveleki yashil binanin gorunushu daha gozel idi.Gelin etiraf edek.Birdeki sumqayitda bir chox goruntuler evvelkine vaxtlarina qayitsaydi daha gozel olardi.Menimyadima gelir bir zamanlar Kolxoz bzari adlanan erazinin qarshisi genish achiq bir sahe idi.Burda Bazara gelen insanlar mashinlarini saxlayirdilar.Onda mashinlari yolun kenarinda saxlamaga ehtiyac yox idi.Bele olduqda yolda genish olurdu.Sonra bir neche ilden sonra kimlerse oz menafeleri uchun bu boshluq yerleri zebt edib tikinti apardilar ve bu gun gorduyunuz can sixici menzere emele geldi.Bunnan elave bir zamanlar aftovagzala dalnan erazi bu Heyder Eliyevin heykeli ile uzbeuz erazide idi parkin yanindaki samsunq magazasinin yerinde.Eyer sumqayitin kohne resimlerini elde ede bilsez burda yerlshdirin ki,gomeyenler gorsunler.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər