Yaşlı ər-arvadın eyni gündə ölümünün təfərrüatı: Qadın rəfiqəsinə zəng edib… – VİDEO

932

Sumqayıtda evdən ər və arvadın meyitinin tapılması barədə bəzi məlumatlar bilinib.

2-ci mikrorayonda yaşadıqları mənzillərində 84 yaşlı Aleksandr Alekseyeviç Mamontov və onun həyat yoldaşı, 82 yaşlı Lyubov Georgiyevna Mamontovanın aşkarlanan meyitlərinin üzərində zorakılıq əlamətləri görülməyib.

Belə ki, kişi uzun müddət yataq xəstəsi imiş və ötən gün vəfat edib. Onun arvadı rəfiqəsinə zəng edərək, ərinin ölüm xəbərini verib.

Daha sonra rəfiqəsi onların yaşadığı evə gəlib və qadının da öldüyünü aşkarlayıb.

İlkin məlumata görə, 82 yaşlı Lyubov Georgiyevna ürəktutmadan vəfat edib.

Onların iki övladı var və Rusiyada yaşayırlar.

Hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər