Yenə bir yarpaq qopdu…

734

Yenə bir yarpaq qopdu ömür səhifəsindən,

 bir can əbədi səfərə uğurlandı

Getdi…

Bu gedişlər nə vaxt başladı

nə vaxt bitər bilmirəm…

Bildiyim tək bir şey var, o gedən geri dönmür bir daha…

Gedənin yeri də gələnlərlə dolmur.

Ürəyimə toxunan tək şey

hər gedənin arxasında bir şey buraxıb getmiş olması…

Kimi isti bir təbəssüm buraxır getdiyində…

Digəri yanaqdan süzülüb axan bir damla gözyaşı…

Kimisi ən xoş xatirələr…

Bir başqası dərin hüznlü bir baxış,..

Kimisi də sevdiyinin əlindən içmək istədiyi

son bir stəkan suyun dadını gözləyir…

Ya da son dəfə bir neçə gözəl söz…

Kimi də bitirməyə nəfəsi çatmayacaq bir dua…

Biri içini gözyaşlarının şəlaləsi ilə sərinlədər…

Digəri içində gizlətdiyi, söyləyə bilmədiyi sözlərlə boğulur…

Kimisi tamamlanmamış,

göstərə bilmədiyi bir təbəssümün sonunu gətirməkdən utanar.

Bir başqası eləcə oturar düşünər, ağlayar, özünə gələr…

Digəri də çarəsizliyinə çarə ola bilməyib ümidsizliyinə qapılar.

Kimisi də çıxıb gedənin getdiyi andan

 bir daha geri dönmək səfərini gözləməkdən yorular…

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər