Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olduğunu bundan sonra da təsdiqləyəcək

1183

Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət, o dövrdə baş verən hadisələrin nəticəsi və mövcud ictimai-siyasi vəziyyətin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması ölkədə ictimai-siyasi böhran və iqtisadi tənəzzül  dövrünə təsadüf edirdi. Həmin dövrdə müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın  ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı, tanınmış insanlar Ulu Öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev 1992-ci il 24 oktyabr tarixli ziyalılara cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi.

1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, qtisadi və sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr vəziyyəti daha da gərginləşdirdi.

Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itgiləri müstəqilliyin itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi səhnəyə qayıdışı Azərbaycanı bəlalardan xilas etdi, gələcək uğurlarına yol açdı. Beləliklə, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Heydər Əliyev qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Cəmiyyətin hər bir üzvü dövlətimizin yenilməzliyinə dərindən əminlik yarandı. Yeni Azərbaycan Partiyasının tezliklə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi – xalqın partiya sədrinə olan sevgisi və inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə etimad göstərərək, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmış oldu.

Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Ümummilli lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyət göstərməsini təmin edən kurs hazırlayıb, onun həyata keçirilməsinin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə vəsiyyət edib.

Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir və dünyada böyük nüfuza malikdir.Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur.Ölkə daxilində sabitlik,firavanlıq hökm sürür,insanların rifah halı gündən-günə yaxşılaşır.

Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi.Təsadüfi deyil ki,ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir;” Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda  yeni ictimai-siyasi quruluş yaranıbdır.Yeni iqtisadiyyat formaları yaranıb,demokratiya,siyasi plüralizm inkişaf edir.Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız,keçmişdə olan Azərbaycandan fərqlidir.Ona görə partiamızın adı da Yeni Azərbaycan Partiyasıdır.Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.

Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi və 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası “Güclü dövlət, yüksək rifah” prisipinə sadiqliyini atdığı addımları ilə təsdiqləyir, milyonların sevgisini qazanır. Yeni Azərbaycan Partiyası, Vətənini, dövlətini, xalqını sevən, onun gələcəyi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edən hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrilib. Bu illər ərzində hər bir azərbaycanlının qürur duyduğu ən mohtəşəm, tariximizə qızıl hərflərlə yazılan uğurumuz 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, 30 ilə yaxın dövrdə öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın həsrətinə son qoyulması oldu. Bu Zəfər dövlətimizin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin, orpaq, Vətən sevgisinin təqdimatı oldu. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə və onun cənubi Qafqazda yaratdığı yeni reallıqlar da İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının siyası avanqard rolunu yüksək səviyyədə doğrultmasının danılmaz sübutudur.

Zaman dönə-dönə sübut edib ki, milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir. Ölkədə və dunyada yaranmış yeni reallıqlar hakim partiyada islahatların davam etdirilməsinin və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının vacibliyini irəli sürdü. Bu baximdan YAP-ın VII qurultayında qəbul olunmuş yeni idarəetmə modelini əhatə edən önəmli qərarlar iqtidar-xalq tandeminin milli həmrəyliyin özülü kimi hərtərəfli möhkəmləndirilməsini hədəfə almışdır. YAP-ın VII qurultayı yeni qərarlarla, struktur dəyişiklikləri ilə, yeni tərkibin formalaşması ilə tarixə yazıldı. Qurultayda qəbulolunmuş Nizamnamə Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi,səmərəliliyinin artırılmasını özündə ehtiva edir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin Birinci müavini vəzifəsinə təyin edilməsi  hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Əminliklə deye bilərik ki, cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində qalib Azərbaycanımız bundan sonra daha da inamla irəliyə doğru addimlayacaq, möhtəşəm uğurlara imza atacaq.

Vasif Səfiyarov, YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər