“Yeni ili keçirsəydik, vicdansızlıq olardı...” - Nazir müavinləri dağlarda+Video

2348

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyi itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı mediatur təşkil edib. 

Qubada Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərliyi ilə alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda mətbuat konfransı keçirilib. Jurnalistlərə axtarışların gedişatı ilə bağlı məlumat verilib. Faiq Tağızadə axtarışla bağlı FHN rəhbəri Kəmaləddin Heydərovun mövqeyini də açıqlayıb:

“Bu gün cənab nazir tərəfindən tapşırıq birmənalıdır! Onlar tapılana kimi axtarışlar davam edəcək”.

Firdovsi Əliyev qeyd edib ki, o, hadisə baş verən gündən dağlara gəlib:

“Yeni İldə də burada idim. Çünki vicdanı, namusu olan adam fikirləşməlidir ki, kiminsə faciəsi üzərində bayram keçirmək olmaz. Bu, vicdansızlıq olardı. Çünki mən də bu dağları gəzmişəm, onların yerində biz də ola bilərdik…”

“Qafqazinfo”nun əməkdaşı Pərvin Zeynalın axtarış düşərgəsinin salındığı Şahyaylaqdan hazırladığı videomaterialı təqdim edirik:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər