Yeni iPhone gəlir, özü də bu tarixdə

1662

Bunlar 5.8 düyümlü OLED ekranlı iPhone Xs, 6.1 LCD ekranlı, daha ucuz olan iPhone və 6.5 düyümlü OLED ekranlı iPhone X plus olacaq

Apple şirkəti ötən il 10 illik yubileyi ərəfəsində özəl olaraq Apple 10 (iPhone X) istehsal etmişdi.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətin gözləntisinə baxmayaraq, iPhone X satış rekordunu təzələyə bilmədi. Buna baxmayaraq, bu il şirkət 3 yeni telefonunu təqdim edəcək.

Apple hər il olduğu kimi bu il də sentyabr ayında təqdimetmə gecəsi keçirəcək. Müxtəlif mənbələrin məlumatına görə, iPhone yeni modellərinin satışına 14 sentyabrda başlayacaq. Bundan öncə isə 12 sentyabrda hər üç modelin təqdimatı olacaq.

Bunlar 5.8 düyümlü OLED ekranlı iPhone Xs, 6.1 LCD ekranlı, daha ucuz olan iPhone və 6.5 düyümlü OLED ekranlı iPhone X plus olacaq.

Eyni zamanda, heç bir problem olmazsa Apple iOS 12-nin də 18 sentyabrda təqdimatı keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər