Yeni ixtisaslar yaranacaq – Deputat səbəblərindən DANIŞDI

1148

Suni intellekt (elm) bir çox sektorda insan həyatını asanlaşdıracaq layihələrə imza atacaq.

Son günlər “Google”, “Apple” kimi texnologiya liderləri və “Tesla” başda olmaqla “BMW”, “Mersedes”, “Volvo”, “Volkswagen”, “Ford”, “Toyota” kimi bir çox avtomobil istehsalçısı sürücüsüz avtomobil texnologiyasına çox ciddi yatırımlar edirlər.

Hələ bir çoxlarımıza real görünməsə də qarşımızdakı 5-6 il ərzində sürücüsüz avtomobillərin yavaş-yavaş yollara çıxacağı gözlənilir. Bəzi ölkələrdə bir qədər gec olsa da avtomobil sektorunun gələcəkdə  robotlu avtobillərə keçid etməsi qaçınılmazdır.

Süni intellektin (suni intellektdən istifadə edilərək yaradılan robotların) avtomobil idarə etmə mövzusunda insanlardan daha diqqətli və güvənli olacağını bir çox mütəxəssis təsdiq edir. Nəqliyyatda baş verən qəzaların yaşanma sıxlığının kəskin azalacağı gözlənilir.

Digər  naliyyət isə AR(Artırılmış Reallıq) texnologiyaları ilə bağlı olacaq. “Virtual reallıq” qədər qulağa çəkici gəlməsə də AR hər sekorda bir oyun texnologiyasından daha çox məna ifadə edir.

Bu texnologiyaya yatırım edən tək firma “Microsoft” deyil. “Google” və “Alibaba” dəstəkli “Magic Leap” uzun müddətdir ki, gizli olaraq çalışmalarını davam etdirir. “Apple”ın da AR texnologiyası üzərində çalışdığına dair məlumatlar var.

“F8” konfransında  çıxış edən “Facebbok” un sahibi Mark Zukerberq “Facebook”un qarşıdakı 10 ildə AR-in yatırım edəcəkləri ən önəmli texnologiyalardan birinin olacağını açıqlamışdı.

Gələcəyin kompüter sistemi olaraq tanınan AR hər şeyi rəqəmsallaşdırma potensialına sahibdir. Bu eynəklərlə film izləyə, oyun oynaya, səsli-video telefon danışığı edə, internetdə dolaşa bilərsiniz. Saata baxmaq istədiyinizdə qolunuza baxmağınız kifayətdir ki, qol saatı yaransın. Yeməyinizə baxanda içindəki kalori miqdarını sizə göstərər. Alış-verişdə məhsullarla bağlı məlumatlar birbaşa gözünüzün önünə gəlir. Yolda gedəndə əslində boş olan bilboardlar sizə özəl reklamlarla qarşınıza çıxar. Bu və daha nələr nələr.

Bu yeni texnologiya günümüzün ən önəmli parçaları olan ağıllı telefonları, planşetləri, kompüterləri, hətta televizorları belə zibil yığını halına gətirə bilər.

Texnologiyanın bu cür inkişafı  nə qədər faydalı görünsə belə bərabərində bir çox problemi də özüylə gətirəcəyi istina edilmir.

Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında texnologiya sahəsində baş verən bu cür yeniliklərin hansı nəticələrə səbəb ola biləcəyindən danışıb:

“İnsanlar son 100 ildə yaratdıqları texnologiya ilə xeyli uğurlar əldə ediblər. Baxmayaraq ki, yaradılan texnologiyalar hər zaman fiziki cəhətdən insanları üstələyib, məsələn insan avtomobil qədər sürətlə hərəkət edə bilmir və ya təyyarə kimi uça bilmir və s. Amma hər bir yeni texnologiya insanlara inkişaf etməyə və daha çox “ali yaradılış” olmağa dəstək verib”.

Deputat qeyd edib ki, hazırda da bu proses gedir. “Yaradılan yeni texnologiyalar insanları əvvəlcə sadə fiziki əməkdən uzaqlaşmağa sövq edəcək. Belə bir yanaşma var ki, insan kimi ağıllı bir varlıq avtomobil sürmək kimi bəsit bir vəzifəni yerinə yetirməməlidir. Bunu insanların yaratdıqları süni intellektlər yerinə yetirməlidirlər.

İnsan varlığı qarşısında tamamilə yeni çağırışlar var, bunlar elmi kəşflər, fizikanın yeni qanunlarına ehtiyac, sürət həddinin dəf edilməsi, vaxt və zaman anlayışına yeni baxış, kosmosun fəth olunması, sosial inkişaf və sairdir. İnanıram ki, yeni texnologiyalar hər şeydən öncə insana bu çağırışların öhdəsindən gəlməyə yardım edəcək. Bir çox ixtisasların ölməsi ilə bağlı yaranan problemlər isə tezliklə yeni ixtisasların yaranması ilə həll olunacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər