Yeni virus nə qədər yaşayacaq?

1405

Koronavirus infeksiyasının yayılmasının hələ uzun müddət davam edəcəyi barədə fikir söyləyənlər də var.

E-tibb.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq Vitaliy Zverev, “Rusiya-1” kanalında efirə gedən “60 dəqiqə” verilişində yeni koronavirusun bəşəriyyətdə əbədi qalacağını dərk etməyə çağırıb: “Başa düşməliyik ki, bu virus insanlara yaya, payıza qədər gəlməyib. İllərlə, bəlkə də əbədi olaraq gəlib. Yer kürəsinin 70 faiz əhalisi bu infeksiya ilə xəstələnəcək. Necə ki, qriplə, adenovirusla illərdir ki, yaşayırq, bu virusla da elə olacaq”.

Virusoloq müxtəlif hesablamalara əsasən, daha çox insanın koronavirusa yoluxa biləcəyini ifadə edib. O, həmçinin, rusiyalıların COVID-19 testini geniş tətbiq edəcəkləri təqdirdə, yoluxanların sayının daha da çoxalacağını, bununla yanaşı koronavirusdan ölüm nisbətinin daha aşağı olacağını vurğulayıb.

Onun sözlərinə görə, ölüm nisbəti beş faiz deyil, qriplə müqayisədə daha azdır.

Virusoloq, bundan əlavə, ABŞ-da koronavirus infeksiyası və qripdən ölüm nisbətlərini müqayisə edərək deyib ki, bu il ABŞ-da qrip epidemiyası “zəif” olsa da, yenə də amerikalılar koronavirusdan daha çox, qripdən ölüblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər