Zakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında oldu

4441

Sumqayıt şəhərində səhiyyə xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin, eləcə də ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması sahəsində müvafiq tədbirlər həyata keçirilir.

Son illərdə səhiyyənin inkişafı ilə bağlı Sumqayıt şəhərində həyata keçirilən məqsədyönlü işlər bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində əhaliyyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Şəhər rəhbəri davamlı olaraq şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrində olur, görülmüş işlərlə yerindəcə tanış olur.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasındakı mövcud şəraitlə tamış olub, həkim heyəti və burada müalicə alan xəstələrlə görüşüb.

1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasına baxış keçirildikdən sonra şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün xəstəxanaların və poliklinikaların təmiri, müasir avadanlıqlarla təchizatı çox vacib amillərdəndir. Şəhərdə təmirə ehtiyacı olan bütün tibb müəssisələrinin tezliklə müasirləşdiriləcəyini vurğulayan şəhər rəhbəri səhiyyə işçilərinə öz tapşırıq və tövsiyələrini verib.

 

http://ikisahil.com/?page=19&newsId=112038&lang=azeğ

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər