Zakir Fərəcov 18-ci məhəllədə vətəndaş qəbulu keçirib

1523

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 18-ci məhəlləsində vətəndaş qəbulu keçirib.

Görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Zakir Fərəcov hər bir sakinin müraciətini diqqətlə dinləyərək aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verib.

Sakinlər şəhər rəhbərinin vətəndaşlarla görüşərək problemlərin həllinə xüsusi önəm verməsini yüksək qiymətləndiriblər və bu cür qəbulların mütəmadi olaraq keçirilməsinin faydalı olduğunu bildiriblər.

Zakir Fərəcov görüşün sonunda şəhərin 18-ci məhəlləsinin inkişafı ilə bağlı müxtəlif layihələrin hazırlandığını və yaxın gələcəkdə icrasına başlanacağını açıqlayıb.

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər