Zakir Fərəcov 2 nömrəli məktəbin pedaqoji kollektivi ilə görüşdü – FOTO

1322

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində yerləşən 2 nömrəli məktəbdə olub, mövcud şəraitlə yaxından tanış olublar.

Görüşdə şəhərimizdə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş naliyyətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Şəhər rəhbəri qeyd edib ki, Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Son illər qazanılan bütün uğurlar cənab Prezident İlham Əliyevin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi diqqətinin nəticəsidir.

Vurğulanıb ki, ötən dövr ərzində Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Son bir il ərzində şəhər ərazisində 3 məktəb tikilərək istifadəyə verilib.

Şəhər rəhbəri ilə görüşən məktəbin kollektivi Sumqayıt şəhərində son illər görülən işlərdən razılığını ifadə ediblər, şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər