Zakir Fərəcov 31 nömrəli məktəbdə oldu, şagird və müəllimlərlə görüşdü – FOTO

2235

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 11-ci mikrorayon ərazisində yerləşən 31 nömrəli məktəbdə olub, mövcud şəraitlə yaxından tanış olur.

Məktəbdə görülmüş işlərlə yaxından tanış olan şəhər rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, siniflərdə şagirdlərlə səmimi görüşərək, onlara tövsiyələrini çatdırıb, dərslərində onlara uğurlar arzulayıb.

Şəhərimizdə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş naliyyətlər ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb.

 Sonda şagirdlərlə xatirə şəkilləri çəkilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər