Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin Corat qəsəbəsində yerləşən 7 saylı məktəbdə olub, burada müəllim və şagirdlərlə görüşüb.
Məktəbin fəaliyyəti ilə yaxından tanış olan şəhər rəhbəri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, peşə seçimi, şəhərdə həllini gözləyən problemlərlə bağlı fikirlərini öyrənib, onlara tövsiyələrini verib, sualları cavablandırıb.
Vurğulanıb ki, aparılan statistik təhlillər son bir neçə ildə Sumqayıt təhsilinin bütün göstəricilər üzrə dinamik artım tempi nümayiş etdiridiyini, davamlı inkişafa nail olunduğunu deməyə əsas verir.
Şəhər rəhbəri bu göstəricilərin daha da yüksəldilməsi üçün müəllim və şagird kollektivinə tövsiyələrini çatdırıb, şəhərdə görülmüş işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı ətraflı məlumat verib, şəhərin inkişafı ilə bağlı onların təklif və tövsiyələrini dinləyib.