Zakir Fərəcov bağçada yaradılan şəraitlə tanış oldu- FOTOLAR

2914

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər 2-ci məhəllədə yerləşən 40 saylı körpələr evi-uşaq bağçasında olub. Şəhər rəhbəri baxçada  uşaqlar üçün yaradılmış şəraitlə yaxından tanış olaraq, yataq otaqlarına, mətbəxə, oyun otaqlarına baxış keçirib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqlarla söhbət edib, xatirə şəkli çəkdirib.

Vurğulanıb ki, son illərdə Sumqayıt şəhərin məktəbəqədər tərbiyə müəssisələrində mövcud olan problemlər əsasən aradan qaldırılıb, aparılan  metodik işlərin vəziyyəti, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələsi ciddi nəzarətdə saxlanılır. Bağçalarda istilik sistemi tam bərpa olunub. Əmək intizamına riayət edilməsi və ərzaq təchizatı ilə bağlı mütəmadi olaraq reydlər və yoxlamalar keçirilir. Təmirə ehtiyacı olan 44 bağçada şəhər İcra Hakimiyyətinin yaxından köməyi və daxili imkanlar hesabına təmir işləri aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər